QR CodeQR Code

İsrailin qorxduğu başına gəldi

21 Jul 2014 10:14

IslamTimes - İsrailin başlatdığı Qəzza hərəkatına qarşı müqavimət göstərən Həmas əsgərləri qarşı tərəfə kamikadze hücumlarla cavab verməyə başlayıb.


ANS PRESS-in xəbərinə görə, kamikadzelərdən biri İsrailə aid tankı partladaraq onu istifadəyə yararsız hala salıb.
Məlumata görə, Qəzzanın şərqindəki Şucaiyyə məhəlləsinə girməyə çalışan tankın “Şuvaz-4” qurğusu ilə təchiz edilmiş fələstinli tərəfindən partladıldığı, hadisə zamanı kamikadzenin də öldüyü bildirilib.
“İzzəddin əl Qəssam” briqadası daha əvvəl yaydığı yazılı açıqlamada Qəzzanın Xan Yunus şəhərində 3, Şəcaiyyə məhəlləsində 1 olmaq üzrə 4 döyüş tankının məhv edildiyini bildirmişdi.


Story Code: 400631

News Link :
https://www.islamtimes.org/az/news/400631/israilin-qorxduğu-başına-gəldi

Islam Times
  https://www.islamtimes.org