QR CodeQR Code

Fələstin müqavimət qüvvələri 7 İsrail tankını məhv ediblər

İslamtimes , 21 Jul 2014 14:55

Islamtimes - Fələstin müqavimət qüvvələri İsrailin mühasirə şəraitində olan Qəzza Zolağına qarşı təcavüzü zamanı növbəti İsrail tankını məhv etmiş və xeyli sayda quru qoşunlarını dağıdaraq məhv edilmiş tankların sayını yeddiyə çatdırmışdır.


Qəzzada Fələstin döyüşçüləri içərisində mövcud olan mənbənin bildirdiyinə əsasən çərşənbə axşamı günü İsrail Qəzzaya qarşı qurudan hücuma başlayan andan etibarən müqavimət döyüşçüləri altı İsrail tankını məhv etmişdir .

Şənbə günü Qəzza Zolağı ətrafında baş verən döyüşlər zamanı daha iki İsrail əsgəri qətlə yetirilib.

İsrail ordusu itgilərinin cəmi səkkiz əsgər olduğunu bildirsə də Hamas müqavimət hərəkatı təkid ilə bildirir ki, Fələstin döyüşçüləri müxtəlif döyüşlərdə onlarla İsrail ordu qüvvələrinin qətlə yetirmiş və onların silah-sursatlarını müsadirə etmişdir .

Bu arada Qəzza Zolağından Tel Əviv, Aşdod, Eşkol və Aşkelon da daxil olmaqla İsrail şəhərlərinə raketlər atılıb.

Keçən iki həftə ərzində İsrail rejiminin təcavüzünə cavab olaraq Qəzzadan İsrailə 1700-dən çox reaktiv mərmi atılıb.


Story Code: 400695

News Link :
https://www.islamtimes.org/az/news/400695/fələstin-müqavimət-qüvvələri-7-israil-tankını-məhv-ediblər

Islam Times
  https://www.islamtimes.org