QR CodeQR Code

ABŞ-Tel-Əviv uçuşları ləğv edildi

22 Jul 2014 21:15

IslamTimes - Bu qərar Fələstin Müqavimət Hərəkatının İsraili raketlərlə hədəfə aldığı və İsrail səmasının təhlükəsiz elan edilməsi səbəbindən verilib.


"IslamTimes" "Fars" xəbər agentliyinə istinadən bildirir ki, "DeltaAirline" şirkətinin Tel-Əvivə uçuşlarının ləğv edilməsindən bir neçə saat sonra NBC xəbər kanalı bildirib ki, ABŞ-dan Tel-Əvivə, həmçinin Tel-Əvivdən ABŞ-a bütün uçuşlar dayandırılıb.
Bu qərar Fələstin Müqavimət Hərəkatının İsraili raketlərlə hədəfə aldığı və İsrail səmasının təhlükəsiz elan edilməsi səbəbindən verilib.
Xatırladaq ki, işğalçı İsrail Fələstindəki günahsız körpə və qadınları qətliam etdikdən sonra Fələstin Müqavimət Hərəkatı sionist rejim ərazisini raketlərlə hədəfə alıb. 30-dan çox İsrail əsgəri məhv edilib, bir neçəsi isə əsir götürülüb. İsrail rəsmiləri bu hadisələrdən şoka düşüb. Onlar itkiləri barədə xəbərlərin yayılmasının qarşısını alaraq, İsrail xalqının təşvişə düşməməsinə çalışır. Amma bütün bunlara baxmayaraq İsrailin bir neçə şəhərində aksiyalar keçirilərək Fələstinə qarşı əməliyyatların dayandırılması tələb edilib.


Story Code: 400950

News Link :
https://www.islamtimes.org/az/news/400950/abş-tel-əviv-uçuşları-ləğv-edildi

Islam Times
  https://www.islamtimes.org