QR CodeQR Code

İşğalçı İsrail “Əl-Cəzirə” telekanalının yayımını dayandırmaq niyyətindədir

23 Jul 2014 02:37

IslamTimes - İşğalçı İsrail hakimiyyəti Qətərin “Əl-Cəzirə” telekanalının yayımına qadağa qoymaq niyyətindədir.


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İsrail XİN rəhbəri Aviqdor Liberman Facebook səhifəsində dərc edib. O “Əl-Cəzirə” telekanalının Fələstinin HƏMAS Müqavimət Hərəkatının təbliğat maşını olduğunu bildirib.      
“Biz telekanalın İsrail ərazisində yayımının qarşısını almaq üçün tədbirlər görəcəyik”, deyə Liberman bildirib.
Qeyd edək ki, “Əl-Cəzirə” telekanalı Qəzza zolağında baş verən hadisələri fasiləsiz rejimdə işıqlandırır.


Story Code: 400979

News Link :
https://www.islamtimes.org/az/news/400979/işğalçı-israil-əl-cəzirə-telekanalının-yayımını-dayandırmaq-niyyətindədir

Islam Times
  https://www.islamtimes.org