QR CodeQR Code

BMT-dən həyasızcasına açıqlama

23 Jul 2014 04:14

IslamTimes - İsrailin əksəri körpə və qadınlar olmaqla 630-dan çox fələstinlini qətliam etməsinə göz yuman Pan Gi Mun İsraili zərərçəkmiş kimi göstərdi.


ANS PRESS-in məlumatına görə, işğalçı İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşən BMT-nin baş katibi Pan Gi Mun mətbuat nümayəndələrinin də iştirak etdiyi toplantıda İsrailin özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb.
O, İsrailin demokratik ölkə olduğunu xatırladaraq, Fələstin hökumətinin qaniçən İsrail rejimini tanımalı olduğunu dilə gətirib.
"HƏMAS-ın raket hücumlarını kəskin şəkildə qınayırıq. Onlar bu hücumlara dərhal son verməlidir. Baş nazir Netanyahuya dünyasını dəyişənlərə görə başsağlığı vermək istəyirəm. İsrail xalqına başsağlığı diləyirəm" - deyə, Pan Gi Mun çıxışında bildirib.


Story Code: 400988

News Link :
https://www.islamtimes.org/az/news/400988/bmt-dən-həyasızcasına-açıqlama

Islam Times
  https://www.islamtimes.org