QR CodeQR Code

BMT bu şəkil qarşısında susdu - Foto

23 Jul 2014 04:30

IslamTimes - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında "Yaxın Şərqdəki inkişaflar və Fələstin problemi" məsələsi müzakirə edilib.


Axar.az xəbər verir ki, Suriya və İraqdakı yaşanan olayların da müzakirə edildiyi yığıncaqda günün ən əhəmiyyətli mövzusu İsrailin Qəzzaya hücumları olub.
İsrailin hücumu nəticəsində həyatını itirən uşaqların şəkillərini yığıncaqda göstərən və öldürülən uşaqların ad və yaşlarını bildirən Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur "Bu uşaqlar işğalçı güc tərəfindən vəhşicəsinə öldürüldü. Bu uşaqların anaları, ataları və ümidləri vardı. Öldürülən uşaqlar say deyil, insan, bir adları var. Biz say deyilik, insanıq", - deyə bildirib.


Story Code: 400991

News Link :
https://www.islamtimes.org/az/news/400991/bmt-bu-şəkil-qarşısında-susdu-foto

Islam Times
  https://www.islamtimes.org