“Həmas” İsrail təyyarəsini vurdu
23 Jul 2014 13:03
IslamTimes - İşğalçı İsrailin F-16 markalı qırıcı təyyarəsi Qəzza yaxınlığında raketlə vurulub.
Həmasın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadası bəyan edib ki, işğalçı İsrail ordusuna aid hərbi təyyarə Qəzzanın mərkəzində Deyr Əl-Bəlah bölgəsinə zərbə endirmək istəyərkən raketlə vurulub.
Vurulan təyyarə ilə bağlı İsrail tərəfindən hələlik açıqlama verməyib. Qeyd edək ki, İsrail iyulun 7-də “Qoruyucu xətt” adı altında Qəzzaya havadan, 10 gün sonra isə qurudan hücuma keçib. Hücum nəticəsində 635 Fələstin vətəndaşı həyatını itirib, 4 min nəfər isə yaralanıb. /Lent.az/
Story Code: 401088