QR CodeQR Code

AB-nin yeni sanksiyaları iyulun 25-dən qüvvəyə minəcək

25 Jul 2014 04:48

IslamTimes - Avropa Birliyi Şurası Rusiyaya qarşı yeni sanksiyaların iyulun 25-dən, AB-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcəyini elan edib.


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Şuranın saytında dərc edilmiş məlumatda qeyd olunub.  
“Sanksiyaların genişləndirilməsi ilə bağlı hüquqi aktlar 25 iyulda, günün ikinci yarısında keçiriləcək yazılı prosedurdan və  AB-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək”, deyə sənəddə vurğulanır.
Bundan başqa, sənəddə qeyd olunur ki, Komitə Krım və Sevastopola investisiya qoyuluşunun və ticarətin məhdudlaşdırılmasına dair əlavə tədbirləri müzakirə edib.    
Bundan əvvəl AB daxil olan 28 ölkənin səfirləri Komitəsi Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı sanksiya siyahısının genişləndirilməsini dəstəkləyib.  


Story Code: 401421

News Link :
https://www.islamtimes.org/az/news/401421/ab-nin-yeni-sanksiyaları-iyulun-25-dən-qüvvəyə-minəcək

Islam Times
  https://www.islamtimes.org