QR CodeQR Code

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

26 Jul 2014 04:40

IslamTimes - Rəsmi Vaşinqton çox böyük ehtimalla gələn həftə Rusiyaya qarşı iqtisadi sanksiyaları gücləndirəcək.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın yeni sanksiyaları Rusiyanın bank sistemi, həmçinin, hərbi və enerji sektorlarında fəaliyyət göstərən şirkətlərə şamil ediləcək.
Bununla belə, Rəsmi Vaşinqton qərarlarını Avropa Birliyi ilə əlaqələndirdiyini vurğulayır.
Məlum olduğu kimi, Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalar paketini artıq təqdim edib. Məsələyə gələn həftənin əvvəlində Brüsseldə keçiriləcək Avropa Birliyinin səfirlər səviyyəsindəki görüşündə baxılacaq. 


Story Code: 401550

News Link :
https://www.islamtimes.org/az/news/401550/abş-rusiyaya-qarşı-yeni-sanksiyalar-hazırlayıb

Islam Times
  https://www.islamtimes.org