QR CodeQR Code

İsrailə ağır zərbə: 80 ölü

26 Jul 2014 13:25

IslamTimes - “Həmas”ın bəyanatında bildirilir ki, Qəzza sektorunda bu günə qədər keçirilən hərbi əməliyyatlarda 80-dən çox işğalçı İsrail əsgəri məhv edilib.


ANS PRESS-in məlumatına görə, “Həmas”ın İzzəddin əl-Qassam Tuqayları Qəzza sektorunda bir neçə hərbi bazaya hücum etdiklərini açıqlayıb.
“Əl-Aksa” telekanalının xəbərinə görə, İzzəddin əl-Qassam Tuqayları “Zekim” və “Kerm Ebu Salim” hərbi bazalarına hücum edib. Bundan başqa, İsrail Hərbi-Dəniz Qüvvələri geriyə addım atmağa məcbur olub.
“Həmas”ın bəyanatında bildirilir ki, Qəzza sektorunda bu günə qədər keçirilən hərbi əməliyyatlarda 80-dən çox işğalçı İsrail əsgəri öldürülüb, 300-dən çox əsgər isə yaralanıb.
Qeyd edək ki, işğalçı İsrail ordusu əvvəlki illərdə də dəfələrlə Qəzza sektoruna hücum edib. Lakin ordu bu qədər itki ilə verməmişdi.


Story Code: 401609

News Link :
https://www.islamtimes.org/az/news/401609/israilə-ağır-zərbə-80-ölü

Islam Times
  https://www.islamtimes.org