QR CodeQR Code

“Human Rights Watch” ABŞ-ı irqçilikdə suçladı

26 Jul 2014 14:15

IslamTimes - ABŞ ədliyyəsində hələ də irqi əlamətlərə görə diskriminasiya hallarına rast gəlinir.


Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, belə bir qənaət Amerikanın ən böyük insan haqları təşkilatından olan “Human Rights Watch”-un yaydığı hesabatda əksini tapıb.
Sənədə görə, Birləşmiş Ştatlarda narkotiklərdən istifadə səviyyəsi ağ və qara dərili vətəndaşlar üzrə təxminən eyni olsa da, afroamerkanlar narkotikdən istifadəyə görə daha tez-tez həbs edilirlər. “Onları həm də daha çox günahkar hesab edir və daha uzunmüddətli həbs cəzasına məhkum edirlər. ABŞ diskriminasiya ilə mübarizə aparır, ancaq rüsvayçı irqçi bərabərsizliyə gətirən siyasəti düzəltmək üçün az tədbir görür”, – deyə hesabat müəllifləri qeyd edirlər.


Story Code: 401620

News Link :
https://www.islamtimes.org/az/news/401620/human-rights-watch-abş-ı-irqçilikdə-suçladı

Islam Times
  https://www.islamtimes.org