QR CodeQR Code

Türkiyə İsrailin Qəzzaya hücum sirrini açdı - Şok iddia

29 Jul 2014 10:04

IslamTimes - Türkiyə Böyük Millət Məclisi sədri Məhmət Əli Şahin HƏMAS tərəfindən qaçırıldığı iddia edilən 3 gənclə bağlı şok iddialar səsləndirib.


Axar.az xəbər verir ki, Şahin qaçırılan 3 gəncin İsrail tərəfindən qaçırıldığını bildirib.
Spiker işğalçı İsrailin fələstinlilər ilə HƏMAS-ın arasını vurmaq üçün gəncləri qaçırdığını söyləyib.
Şahin açıqlamasında İsrailin Baş naziri Binyamin Netanyahunun Fələstin Prezidenti Mahmud Abbasa HƏMAS-dan imtina etmələrini istədiyini də bildirib. İsrailin 3 gənci şüurlu şəkildə qaçıraraq öldürməsinə başqa bir səbəbin də olduğunu qeyd edib. Belə ki, Fələstin Qurtuluş Ordusu və HƏMAS əvvəllər bir-biri ilə problemləri olsa da, sonradan aralarındakı ədavəti bir kənara qoyub birləşmək qərarı verdilər. Bu isə İsrailin maraqlarına xidmət etmirdi.


Story Code: 402074

News Link :
https://www.islamtimes.org/az/news/402074/türkiyə-israilin-qəzzaya-hücum-sirrini-açdı-şok-iddia

Islam Times
  https://www.islamtimes.org