QR CodeQR Code

Avropa Birliyi Rusiyaya qarşı üçüncü səviyyəli sanksiyalar tətbiq edib

30 Jul 2014 10:48

IslamTimes - Avropa Birliyinin 28 üzv ölkəsini təmsil edən səfirlər Brüsseldə keçirilən iclasda Rusiyaya qarşı üçüncü səviyyəli sanksiyalar tətbiq edilməsi barədə qərar qəbul ediblər.


APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, sanksiyalar enerji, maliyyə, hərbi sahələri əhatə edəcək.
Yeni sanksiyaların tətbiqi “işgüzar” şəraitdə baş tutub. Buna səbəb Avropa Birliyi ölkələrinin növbədənkənar sammitin keçirilməsindən imtina olub. Baxmayaraq ki, Almaniyanın kansleri Anqela Merkel daxil olmaqla, bir neçə Avropa lideri sammitə görə məzuniyyətlərini dayandırmağa hazır olduqlarını bildirmişdilər.
Finlandiyanın baş naziri Aleksandr Stubbun sözlərinə görə, sanksiyalar təsdiq edildikdən sonra dərhal icrasına başlanılacaq və 1 il qüvvədə qalacaq.
Reuters agentliyin məlumatına əsasən isə, sanksiyaların müddəti 3 aydır, sonra onlara yenidən baxıla bilər. Rəsmi sürətdə sənəd Avropa Birliyinin bülletenində iyulun 31-də dərc olunaraq qüvvəyə minəcək. 


Story Code: 402171

News Link :
https://www.islamtimes.org/az/news/402171/avropa-birliyi-rusiyaya-qarşı-üçüncü-səviyyəli-sanksiyalar-tətbiq-edib

Islam Times
  https://www.islamtimes.org