QR CodeQR Code

Leyla Yunus həbs olundu

30 Jul 2014 15:48

IslamTimes - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus həbs edilib.


Bu barədə məlumatı "Musavat.com"a hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunus verib. Onun sözlərinə görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna tədbirə gedərkən Leyla Yunusun olduğu avtomobil saxlanılıb və üç nəfər hüquq müdafiəçisini maşından düşürərək naməlum istiqamətdə aparıblar. Xatırladaq ki, Leyla Yunus casusluq maddəsi ilə ittiham olunan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı təkrar ifadə verməkdən imtina etmişdi. Onun məcburi qaydada ifadə verməyə aparıldığı istisna deyil. Qeyd edək ki, Baş Prokurorluğun məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.


Story Code: 402208

News Link :
https://www.islamtimes.org/az/news/402208/leyla-yunus-həbs-olundu

Islam Times
  https://www.islamtimes.org