QR CodeQR Code

İşğalçı İsrail BMT-nin binasını bombaladı: 20 ölü

30 Jul 2014 16:29

IslamTimes - İsrail ordusu Qəzzada Birləşmiş Millətlər Təşkilatına aid binanı bombardman edib.


ANS PRESS-in məlumatına görə, işğalçı İsrail qırıcıları Qəzzanın şimalında BMT-nin məktəbini bombalayıb. İlkin məlumatlara görə, bombardman nəticəsində 20 nəfər ölüb, onlarla insan yaralanıb. Ölən və yaralananların çoxunun qadın və uşaq olduğu bildirilir. Yaralılar xəstəxanalara yerləşdirilir. Qaniçən İsrail ordusu ərazini atəşə tutduğundan bir çox yaralını bölgədən çıxarmaq mümkün olmur. İsrail ordusunun hərbi əməliyyatları zamanı evləri yerlə bir olan sakinlərin əksəriyyəti bu məktəb binasına sığınmışdı. Dinc sakinlər hesab edirdilər ki, məktəb binası BMT-yə məxsus olduğu üçün İsrail buranı bombalamayacaq.


Story Code: 402216

News Link :
https://www.islamtimes.org/az/news/402216/işğalçı-israil-bmt-nin-binasını-bombaladı-20-ölü

Islam Times
  https://www.islamtimes.org