QR CodeQR Code

Uşaq qətliamı ta qədimdən İsrail rejiminin siyasəti olub

Islamtimes , 4 Aug 2014 01:22

Islamtimes - İran xarici işlar naziri bir daha İsrail rejiminin mühasirə şəraitində olan Qəzza Zolağına qarşı təcavüzünü pisləmiş və demişdir ki, Tel Əviv Fələstin ərazisində uşaq qətlə yetirmək siyasətini ta qədimdən həyata keçirir.


Muhəmməd Cavad Zərif bazar günü deyib: “Sionist rejimi mənfurcasına uşaq qətliamını davam etdirir və bu həqiqətdə onun qədim milli siyasətidir.”

İranlı nazir beynəlxalq ictimaiyyəti mühasirə şəraitində olan Qəzza Zolağında törədilən cinayətlərə göz yumduğu üçün tənqid etmiş və İsrail təcavüzü müqabilində bütün müsəlman ümmətini bir olmağa dəvət etmişdir.

Zərif deyib ki, İsrailin zorakılığı və dünya ictiamiyyətinin də buna göz yumması müqabilində İslam dünyası aralarında olan fərqliliyi bir qırağa qoymalı və düşmənə qarşı birləşməlidir.

İranın baş diplomatı həmçinin deyib ki, İslam dünyası halhazırda İslam dini adı altında vəhşilik və zorakılıq yayan anti İslami hərəkat ilə üz-üzədir.

Anti-İslami hərəkatlar İraq, Suriya, Pakistan, Əfqanıstan, Niqeriya və digər İslam dövlətlərində zorakılıqlar həyata keçirirlər və müsəlmanlar arasında ixtilaf toxumu səpirlər.


Story Code: 402846

News Link :
https://www.islamtimes.org/az/news/402846/uşaq-qətliamı-ta-qədimdən-israil-rejiminin-siyasəti-olub

Islam Times
  https://www.islamtimes.org