QR CodeQR Code

Bu gün İran və ABŞ arasında nüvə müzakirələri keçiriləcək

7 Aug 2014 11:07

IslamTimes - ABŞ-ın yüksək vəzifəli məmurlarından ibarət bir qrup bu gün Cenevrədə İranın nümayəndə heyəti ilə görüşəcək.


Bu barədə məlumatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf öz "Twitter" səhifəsində yerləşdirib, - "RİA Novosti".
Hər iki nümayəndə heyəti İranın nüvə proqramını müzakirə edəcəklər. Verilən məlumata əsasən, ABŞ-ın nümayəndə heyətinə başçılığı, bu ölkənin dövlət katibinin müavini Uilyam Berns edəcək. Danışıqlarda həmçinin ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şermand da iştirak edəcək. /Deyerler/


Story Code: 403537

News Link :
https://www.islamtimes.org/az/news/403537/bu-gün-iran-və-abş-arasında-nüvə-müzakirələri-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org