QR CodeQR Code

BMT yeni baş naziri dəstəklədi

14 Aug 2014 09:51

IslamTimes - BMT Təhlükəsizlik Şurası İraqda Heydər əl-Abadinin Baş nazir təyin olunmasını yüksək qiymətləndirib.


BMT Təhlükəsizlik Şurası Heydər əl-Abadinin İraqın Baş naziri təyin olunmasını dəstəkləyərək tez bir zamanda yeni hökumətin formalaşdırmağa çağırdı.
 
ANS PRESS-in məlumatına görə, bu barədə təşkilatın məlumatında qeyd edilir.
 
Məlumatda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası "İraqda Heydər əl-Abadi Baş nazir təyin olunmasını cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin daxil olduğu bir hökumətin yaradılması yönündə mühüm addım” kimi dəyərləndirərək əl-Abadini “tezliklə hökuməti qurmağa" çağırıb.
 
Qeyd edək ki, keçən bazar ertəsi İraq prezidenti ölkə parlamentinin böyük şiə birləşməsi olan “Milli Alyansda” Heydər əl-Abadi ətrafında yeni hökümətin qurulması təlimatını verib.


Story Code: 404715

News Link :
https://www.islamtimes.org/az/news/404715/bmt-yeni-baş-naziri-dəstəklədi

Islam Times
  https://www.islamtimes.org