QR CodeQR Code

BMT İraqın Baş nazirinin istefasını tarixi hadisə adlandırıb

15 Aug 2014 09:28

IslamTimes - BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Nikolay Mladenov bu ölkənin Baş naziri Nuri əl-Malikinin istefasını tarixi hadisə adlandırıb.


APA-nın “UNN” agentliyinə istinadən verdiyi xəbərə görə, BMT rəsmisi qeyd edib ki, əl-Malikinin qərarı onun dövlət müdrikliyini, Konstitusiya və demokratiyaya sədaqətini nümayiş etdirir.
Məlum olduğu kimi, İraqın Baş naziri Nuri əl-Maliki istefaya getməyə razılıq verib.
Avqustun 11-də İraqın prezidenti Fuad Maasum Heydər əl-Abadini ölkəyə yeni Baş nazir təyin edərək ona 30 gün ərzində hökuməti formalaşdırmağı tapşırıb.


Story Code: 404861

News Link :
https://www.islamtimes.org/az/news/404861/bmt-iraqın-baş-nazirinin-istefasını-tarixi-hadisə-adlandırıb

Islam Times
  https://www.islamtimes.org