QR CodeQR Code

Almaniya: “Müstəqil kürd dövləti yarana bilməz”

18 Aug 2014 12:11

IslamTimes - Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer ölkəsinin Şimali İraqda müstəqil kürd dövlətinin qurulmasına qarşı olduğunu bəyan edib.


Axar.az xəbər verir ki, “Bild am Sonntaq” qəzetinə müsahibə verən Ştaynmayer yeni kürd dövlətinin bölgəyə sabitlik gətirməyəcəyini bildirib. Onun sözlərinə görə, İraqın ərazi bütövlüyü qorunmalıdır: 
“Müstəqil kürd dövləti bölgədə gedən mənfi proseslərə bir az da rəvac verəcək. Və yəqin ki, İraqa qonşu olan dövlətlərlə yeni gərginliklərə səbəb olacaq. Türkiyə və Suriyada çoxlu sayda kürd yaşayır. Kürdüstan dövlətinin yaranması bu ölkələrin sabitliyinə də ciddi təsir edə bilər”. 
Almaniyanın baş diplomatı bölgədə vəziyyətin olduqca kritik olduğunu bildirərək, İraqın parçalanmaması üçün ölkənin bir şansının qaldığını vurğulayıb: 
“Heydər Əl Abadinin başçılığı ilə hökumətin qurulması İraq dövlətinin bütövlüyü baxımından bəlkə də son şansdır. Bunun üçün də bütün regionlar dinindən, təriqətindən asılı olmayaraq birləşməlidir


Story Code: 405321

News Link :
https://www.islamtimes.org/az/news/405321/almaniya-müstəqil-kürd-dövləti-yarana-bilməz

Islam Times
  https://www.islamtimes.org