QR CodeQR Code

ATƏT-dən ABŞ-a çağırış

21 Aug 2014 11:30

IslamTimes - Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ABŞ-ı Ferquson şəhərində tәşkil edilәn etiraz aksiyalarını yaxından izlәyәn jurnalistlərin mətbuat azadlığına hörmət göstәrmәyә çağırıb.


ANS PRESS-in məlumatına görə, ATƏT-in Media Azadlığı nümayəndəsi Dunya Miyatoviç verdiyi açıqlamada, ABŞ-da 18 yaşındakı zənci gənc Maykl Braunun polis tərəfindən öldürülmәsindәn sonra etiraz mәqsәdi ilә tәşkil edilәn nümayişləri izlәyәn jurnalistlərin tutulmalarına reaksiya göstərib vә ABŞ rәsmilәrini hadisələrin səbəblərini bütün istiqamətləriylə araşdırmağa sәslәyib.
O, həmçinin hadisələri izlәyәn jurnalistlərin azad və təhlükəsiz işləyə bilmələri üçün şərait yaradılmasını istәyib.


Story Code: 405904

News Link :
https://www.islamtimes.org/az/news/405904/atət-dən-abş-a-çağırış

Islam Times
  https://www.islamtimes.org