QR CodeQR Code

Həyat yoldaşı və körpəsi şəhadətə yetdi

Apa , 21 Aug 2014 12:21

Islamtimes - İsrailin Qəzza zolağına atdığı raketlərdən biri HAMAS-ın silahlı qanadının lideri Muhammed Deyfin həyat yoldaşı və 7 aylıq körpə övladı da daxil olmaqla, 11 nəfərin həyatına son qoyub.


APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, HAMAS-ın Qahirə təmsilçiliyi əsl hədəfin M. Deyf olduğunu bildirib.

İsrail hərbçiləri qeyd ediblər ki, son 2 gündə Qəzzadakı terror şəbəkələrinə döyüş təyyarələri tərəfindən 80 zərbə endirilib. Eyni zamanda Qəzza tərəfdən İsrail ərazilərinə 100-ə yaxın raketin atıldığı deyilir.

HAMAS nümayəndələri deyiblər ki, M. Deyf hədəf alınan evdən istifadə etmirdi və orada ailəsi yaşayırdı. Hazırda M. Deyfin harda olması barədə məlumat yoxdur.


Story Code: 405947

News Link :
https://www.islamtimes.org/az/news/405947/həyat-yoldaşı-və-körpəsi-şəhadətə-yetdi

Islam Times
  https://www.islamtimes.org