QR CodeQR Code

Qəzzada ölü sayı 2086-ya yüksəldi

22 Aug 2014 12:54

IslamTimes - İşğalçı İsrailin Qəzzanın müxtəlif şəhərlərinə təşkil etdiyi hücumlarda 3 adam həyatını itirib


Qəzzada vəzifəsini faktiki olaraq davam etdirən Səhiyyə Nazirliyi sözçüsü Əşref əl-Kudra İsrailin Rifah şəhərinə təşkil etdiyi hücumda, 1 adamın, Deyr əl-Bəlx şəhərindəki hücumda isə 2 adamın həyatını itirdiyini, 4 adamın yaralandığını xəbər verib.
 
ANS PRESS-in məlumatına görə, Kudra qaniçən İsrail rejiminin Qəzzaya 7 iyuldan bu yana təşkil etdiyi hücumlarda, 561-i uşaq, 255-i qadın, 98-i yaşlı 2086 adamın həyatını itirdiyini, 3 min 189-u uşaq, 1994-ü qadın , 388-i yaşlı 10314 adamın yaralandığını bildirdi.
 
Qeyd edək ki, İsrail illərdir mühasirə altında tutduğu Qəzzaya, 7 İyulda havadan və dənizdən, 17 İyulda isə qurudan hücuma keçib. Bir aydan çox sürən hücumlardan sonra Misirdə həyata keçirilən müzakirələrin ardından qalıcı atəşkəs təmin edilə bilinməyib və Qəzzadan raket atıldığı bəhanəsi ilə işğalçı İsrail ordusu Qəzzaya yenidən hücumları bərpa edib.


Story Code: 406097

News Link :
https://www.islamtimes.org/az/news/406097/qəzzada-ölü-sayı-2086-ya-yüksəldi

Islam Times
  https://www.islamtimes.org