“Coca Cola” Bakı mağazalarından məhsulların yığılmasını təsdiqlədi
22 Aug 2014 14:58
IslamTimes - “Şirkət olaraq bəzi mağazalardan məhsullarımızın bizə məlum olmayan səbəblərdən çıxarılmasını təsdiq edirik”.
Bunu Modern.az-a açıqlamasında “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin korporativ əlaqələr üzrə direktoru Demokan Konyalıgil bildirib.
Onun sözlərinə görə, son zamanlar məhsulların mağazalarda satışının azalması ilə bağlı xəbərlərlə tanış olublar: ““Coca-Cola” son zamanlar mətbuatda bəzi mağazalarda məhsullarının yoxluğu ilə bağlı yaranan xəbərlərlə tanış olmuşuq.
Bu istehlakçılarımızın narahatlığına səbəb olub. Bu halları araşdırıb həll etmək üçün müvafiq dövlət qurumlarına müraciət edəcəyik”.
Story Code: 406120