QR CodeQR Code

"Atletiko" İspaniya Superkubokunun qalibi olub

23 Aug 2014 09:27

IslamTimes - "Atletiko Madrid" "Real Madrid"i 1-0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə İspaniya superkubokunu qazanıb.


APA-nın məlumatına görə, həlledici görüşdə ötən mövsümün ölkə çempionu “Atletiko” klubu “Kral Kuboku”nun qalibi “Real”la  üz-üzə gəlib.
İki Madrid komandaları arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1.
İkinci qarşılaşma isə "Atletiko" klubunun  1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın 2-ci dəqiqəsində xorvatiyalı hücumçu Mario Mancukiç vurub.
Beləliklə,  “Atletiko” tarixində ikinci dəfə  İspaniya superkubokunu qazanıb.


Story Code: 406208

News Link :
https://www.islamtimes.org/az/news/406208/atletiko-ispaniya-superkubokunun-qalibi-olub

Islam Times
  https://www.islamtimes.org