QR CodeQR Code

İran Fələstin xalqını qələbə münasibəti ilə təbrik etdi

27 Aug 2014 18:48

IslamTimes - İran Parlamentinin spikeri Əli Larincani, sionist İsrail rejimi ilə Fələstin müqavimət qrupları arasında əldə olunan uzun müddətli atəşkəs sazişini Fələstin xalqının tarixi qələbəsi kimi dəyərləndirib.


“Deyerler.org”un  “PressTV”yə istinad edərək verdiyi xəbərə görə, Əli Larincani parlamentdə çıxışı zamanı razılaşmada qeyd olunduğu kimi Qəzzanın dərhal blokadadan azad edilməsi və fələstinlilərin tələblərinin həyata keçirilməsinə çağırıb.
İranın Fələstin müqavimətinə dəstəyinin davam edəcəyini bildirən Larincani, deyib ki, Fələstin xalqının təcavüzkar sionist rejimi üzərindəki qələbəsi, Qəzzalıların möhkəm iradəsi sayəsində baş verib.
Qeyd edək ki iyunun 7-də “Uçuruma Qarşı” əməliyyatı adı altında sionist İsrail rejiminin Qəzzada başlatdığı hücumlar, avqustun 26-sı Misirin vasitəçiliyi ilə Fələstin ilə sionist İsrail rejimi arasında uzun müddətli atəşkəsin əldə olunması ilə nəticələnib.
/Deyerler/


Story Code: 406935

News Link :
https://www.islamtimes.org/az/news/406935/iran-fələstin-xalqını-qələbə-münasibəti-ilə-təbrik-etdi

Islam Times
  https://www.islamtimes.org