QR CodeQR Code

AİP ədalətsiz həbsə etiraz edir

Islaminsesi , 26 Aug 2014 22:26

Islamtimes - Azərbaycan İslam Partiyası, qurumun Astara Rayon Komitəsinin sədri Famil Şükürovun həbsi ilə əlaqədar etiraz bəyanatı yaymışdır. Bəyanatda deyilir:


“Azərbaycan İslam Partiyasına qarşı ədalətsiz təqiblər davam edir. Artıq altı aydan çoxdur ki, azadlıqdan məhrum edilən qurumun Astara Rayon Komitəsinin sədri Famil Şükürova qarşı Astara Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə məhkəmə istintaqı aparılmış və haqqında bir il altı ay həbs cəzası hökmü verilmişdir.

Famil Şükürov 1979-cu ildə anadan olmuş, iki körpə övlad sahibidir. Ona yaxın insanlar F. Şükürovun heç bir cinayət əməli törətmədiyini və ictimai qaydanın pozulmasında və ya təşkilində heç bir rolunun olmadığını bildirir. Bunu F.Şükürov məhkəmədə söylədiyi ifadədə və hakimə son sözündə də fakt və arqumentlərlə bəyan edərək, haqsız və ədalətsiz ittiham olunmasına etiraz edib.

AİP olaraq günahsız insanların şərlənərək həbs olunmasını, ailələrinin çətinliklər qarşısında qoyulmasını siyasi məqsədlərlə icra edilən sifariş kimi qiymətləndirir, bunun insan haqq və hüquqlarına qarşı qəsdin təzahürü hesab edir. Fəal, ictimaiyyətçi vətəndaşların siyasi əqidələrinə görə məhkum olunması ölkəmiz üçün xarakterik cəhətə çevrilməkdədir. Bu isə xalqımızın hüquqi dövlətdə, demokratik cəmiyyətdə deyil, diktaturanın hökm sürdüyü monarxiya sistemində yaşamasından xəbər verir.

Digər bir ədalətsizlik isə haqqında ədalətsiz hökm çıxarılmış insanların səhhətinin pozulmasına əhəmiyyət verilməməsində özünü göstərir. Belə ki, Famil Şükürovun hazırda gözləri tutulmaq üzrədir. Eynəkdən istifadə etməsinə baxmayaraq, o, görmə qabiliyyətini 80 faiz itirmək təhlükəsi qarşısındadır.

Bir daha bəyan edirik ki, yalançı şahidlərlə insanların taleyinə belə qeyri-insani münasibət cəmiyyətin və dövlətin imicinə ağır zərbədir. Belə halların müəllifləri gec-tez cəzalarına çatdırılmalıdır. Famil kimilər azadlıqda yaşamağa, fəaliyyət göstərməyə və həqiqi qayğıya layiq insanlardır. Çünki onlar xalqımız və Vətənimiz yolunda canlarından keçməyə hazır igidlərdir”/İslaminsesi/


Story Code: 406985

News Link :
https://www.islamtimes.org/az/news/406985/aip-ədalətsiz-həbsə-etiraz-edir

Islam Times
  https://www.islamtimes.org