QR CodeQR Code

Kemeron və van Rompey Aİ-ni Rusiyaya təzyiq göstərməyə çağırıblar

28 Aug 2014 07:19

IslamTimes - Böyük Britaniyanın Baş naziri Devid Kemeron və Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey Ukraynadakı vəziyyətlə əlaqədar Avropa Birliyini Rusiyaya təzyiq göstərməyə çağırıblar.


APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya hökumətinin yaydığı açıqlamada deyilir.
Kemeron və van Rompey arasında söhbət avqustun 30-da baş tutacaq Avropa Birliyinin sammiti ərəfəsində olub. Sammit çərçivəsində Herman van Rompeyin Ukrayna prezidenti Pyotr Poroşenko ilə təkbətək  görüşü gözlənilir. “Ukraynadakı son vəziyyətlə bağlı hər iki lider razılığa gəliblər ki, Avropa Birliyi Rusiya prezidentinə qarşı təzyiq göstərməkdə davam etməlidir”, sənəddə qeyd edilir.


Story Code: 407015

News Link :
https://www.islamtimes.org/az/news/407015/kemeron-və-van-rompey-ai-ni-rusiyaya-təzyiq-göstərməyə-çağırıblar

Islam Times
  https://www.islamtimes.org