QR CodeQR Code

ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb

28 Aug 2014 10:15

IslamTimes - ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-15C tipli qırıcı təyyarə Virciniya ştatında qəzaya uğrayıb, pilotun taleyi naməlumdur.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalı xəbər yayıb.
Qəzaya uğrayan hərbi təyyarə Massaçusets ştatında Hərbi-Hava Qüvvələrinin Milli Qvardiya bölməsinin tərkibində olub.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.


Story Code: 407041

News Link :
https://www.islamtimes.org/az/news/407041/abş-da-qırıcı-təyyarə-qəzaya-uğrayıb

Islam Times
  https://www.islamtimes.org