QR CodeQR Code

Obama Rusiyadan danışdı

29 Aug 2014 12:41

IslamTimes - ABŞ prezidenti: "Yeni sanksiyalara hazırıq"


ANS PRESS-in məlumatına görə, bu barədə mətbuat konfransında amerika prezidenti Barak Obama bildirib. “Biz artıq Rusiyaya zərbə olan sanksiyalara əl atmışıq: Burada investisiya mühiti pisləşib, iqtisadiyyatda eniş görsənir... Rusiya artıq “Soyuq Müharibə” dövründən də artıq kənarlaşdırılıb”- deyə ağ ev başçısı bildirib. Obama qeyd edib ki, amerika kəşfiyyatının məlumatına görə Moskva görülən tədbirlərin pis nəticələrini boynuna alır.
 
Bundan əlavə ABŞ prezidenti yeni sanksiyaların tətbiq olunmasına hazırdır. Onun sözlərinə görə, bu məsələlər onun gələn həftə Estoniyaya səfəri zamanı avropalı həmkarlar və NATO sammitində müzakirə ediləcək.
 
Qeyd edək ki, Barak Obama bundan öncə etdiyi telemüraciətdə bildirmişdi ki, ABŞ Ukrayna böhranının hərbi həllini planlaşdırmır və RF-yə qarşı hərbi müqavimət axtarmır “.


Story Code: 407210

News Link :
https://www.islamtimes.org/az/news/407210/obama-rusiyadan-danışdı

Islam Times
  https://www.islamtimes.org