QR CodeQR Code

ABŞ-dan növbəti həyasızlıq

30 Aug 2014 09:36

IslamTimes - ABŞ rəhbərliyi 25-ə yaxın İran şirkətinə qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.


ABŞ Maliyyə Nazirliyinin açıqladığı siyahıda nəqliyyat firmaları, hava yolları şirkətləri və 6 İran bankı var. Sözü gedən şirkətlər İranın nüvə proqramını və bölgədəki terrorizmi dəstəkləmək də günahlandırılır.  Görünür İran İslam Respublikasının fəaliyyətlərinin və MAQATE-nin İranla bağlı müsbət açıqlamalarının ABŞ üçün əhəmiyyəti yoxdur. İnqilab Rəhbəri Ayətullah Xameneinin də bildirdiyi kimi ABŞ nüvə mövzusundan İslam Respublikasına qarşı təzyiq üçün bir bəhanə olaraq istifadə edir. Xatırladaq ki, MAQATE son bəyanatında İranın nüvə sahəsində şəffaf fəaliyyət göstərdiyini və fəaliyyətlərini kameralar vasitəsi ilə izlənildiyini açıqlayıb.
Ağ Evdən verilən açıqlamada isə İran hökumətinə qarşı təzyiqlərin davam etdiyi bildirilib. Şərhdə ABŞ-ın İrana qarşı sanksiya tətbiqinin davamında qərarlı olduğu vurğulanıb.  


Story Code: 407334

News Link :
https://www.islamtimes.org/az/news/407334/abş-dan-növbəti-həyasızlıq

Islam Times
  https://www.islamtimes.org