QR CodeQR Code

Poroşenko: “Sülh planı gələn həftə hazır olacaq”

31 Aug 2014 05:05

IslamTimes - Ukrayna prezidenti Pyotr Poroşenko Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib ki, Donbasdakı vəziyyətlə bağlı sülh planı gələn həftə hazır olacaq.


APA-nın “Gazeta.ru”-ya istindən verdiyi xəbərə görə, o bildirib ki, sülh planı sentyabrın 1-də Ukrayna üzrə təmas qrupunun görüşündə Ukrayna, Rusiya və ATƏT nümayəndələri ilə birgə müzakirə ediləcək
“Ümid edirəm ki, görüşdə atəşkəs məsələsi müzakirəyə çıxarılacaq”, deyə Ukrayna prezidenti vurğulayıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin təmas qrupunun Ukrayna, Rusiya, Ukraynanın şərq regionu və ATƏT nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrin Minskdə keçirilməsinin vacibliyini qeyd edib.


Story Code: 407473

News Link :
https://www.islamtimes.org/az/news/407473/poroşenko-sülh-planı-gələn-həftə-hazır-olacaq

Islam Times
  https://www.islamtimes.org