QR CodeQR Code

İŞİD: Qurban bayramında Ərəbistana hücum edəcəyik

Abna , 31 Aug 2014 15:04

İslamtimes - İraq və Şam İslam Dövləti (İŞİD) təkfirçi və terrorçu qruplaşması elan edib ki, cari ilin Qurban bayramında Səudiyyə Ərəbistanına hücum edəcək.


Bu hücum zamanının elanı terrorçu qruplaşmanın Səudiyyə Ərəbistanı və Fars körfəzi ətrafındakı ərəb ölkələrini bir neçə dəfə hücumla təhdid etdikdən sonra baş verir.
İŞİD Səudiyyə Ərəbistanı və başqa Fars körfəzi ətrafındakı ərəb ölkələrinə hücum etmək üçün qərarını belə əsaslandırıb: Onlar terrorçu qruplaşmalara yardım edirlər!!!
Halbuki, İŞİD-in Səudiyyə Ərəbistanı kəşfiyyat sistemilə əməkdaşlığı, Ərəbistanının bu qruplaşmaya və ona tabe olan qruplaşmalara maddi yardımı heç kəsə gizli deyil.
İŞİD daha öncə dəfələrlə Səudiyyə Ərəbistanını təhdid etmişdi. Bir dəfə də İŞİD Səudiyyə Ərəbistanını Kəbə evini dağıdacağı ilə hədələmişdi. (Abna)


Story Code: 407549

News Link :
https://www.islamtimes.org/az/news/407549/işid-qurban-bayramında-ərəbistana-hücum-edəcəyik

Islam Times
  https://www.islamtimes.org