QR CodeQR Code

Rusiya-Çin qaz kəmərinin tikintisi başlanır

1 Sep 2014 15:45

IslamTimes - Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Sibirin Yakutsk şəhərinə gəlib.


O, Çinə qaz kəmərinin tikintisinin başlanması mərasiminə qatılacaq. «Sibirin Gücü» («Sila Sibiri») kəmərinin birinci hissəsinin tikintisinə başlanır.
Çin baş nazirinin müavini Zhang Gaoli də mərasimə qatılmaq üçün Yakutska gəlib. Mərasimdə kəmərin ilk hissələri qaynaq olunacaq.
Kəmər Çinə ildə 38 milyard kubmetr qaz daşıyacaq. Kəmərin bir hissəsi 2017-ci ilədək tamamlanacaq.
Rusiyanın Gazprom şirkətinin rəhbəri Aleksei Miller deyib ki, bu kəmər Sibirin cənubu və Rusiyanın Uzaq Şərq ərazisini də əlavə qazla təchiz edəcək. /Azadliq/


Story Code: 407744

News Link :
https://www.islamtimes.org/az/news/407744/rusiya-çin-qaz-kəmərinin-tikintisi-başlanır

Islam Times
  https://www.islamtimes.org