QR CodeQR Code

İngiltərə İŞİD-ə qapılarını bağlayır

2 Sep 2014 11:22

IslamTimes - İngiltərə baş naziri Devid Kemeron İŞİD-çilərin ölkəyə qayıdışının qarşısını alacaqlarını bildirib.


ANS PRESS-in məlumatına görə, İngiltərə baş naziri Devid Kemeronun bu gün parlamentdə İŞİD-ə qarşı atılacaq addımlar barədə açıqlama verməsi gözlənilərkən, o, İraq və Suriyada İŞİD terror qruplaşmasında döyüşən ingilis “cihadçılar”a İngiltərəyə giriş yollarının bağlanacağını bildirib. Bu barədə İngiltərənin “Sunday Express” qəzeti xəbər yayıb.
“Xaricdə terror fəaliyyətləri ilə bağlı şübhəli bilinən ingilis vətəndaşlarının İngiltərəyə girişlərini dayandırmağı düşünürük” – deyə xəbərdə parlamentin belə bir radikal planı olduğu açıqlanıb.
İngiltərədə terror hücumu ehtimalının yüksək olduğunu düşünən ingilis hökuməti, təhlükəsizliyi artırmaq üçün müxtəlif addımlara əl atacaqlarını qeyd edib.


Story Code: 407850

News Link :
https://www.islamtimes.org/az/news/407850/ingiltərə-işid-ə-qapılarını-bağlayır

Islam Times
  https://www.islamtimes.org