QR CodeQR Code

Suriyada terrorçular bir-birini qırdı

6 Sep 2014 10:01

IslamTimes - Suriyada hökumətə qarşı silahlı müqavimət göstərən Azad Suriya Ordusu (ASO) ilə İŞİD terrorçuları arasında qanlı qarşıdurma baş tutub.


İraqda və Suriyada qətliamlara davam edən, mərkəzi hökumətlə bərabər bir çox terror qruplaşmaları ilə toqquşan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı dinc əhaliyə divan tutmaqdan da geri qalmır. İraqda və Suriyada ələ keçirdiyi bölgələrdə heç bir şəriətə sığmayan "şəriət dövləti" elan etmiş İŞİD qruplaşması bu dəfə dörd ildir hökumətə qarşı silahlı mübarizə aparan Azad Suriya Ordusu (ASO) ilə toqquşub. Nəticədə hər iki tərəf ciddi itkilər verib, amma qurbanların sayı barədə heç bir məlumat yoxdur.


Story Code: 408449

News Link :
https://www.islamtimes.org/az/news/408449/suriyada-terrorçular-bir-birini-qırdı

Islam Times
  https://www.islamtimes.org