QR CodeQR Code

Aİ Ukraynaya pul vəd etdi

13 Sep 2014 16:04

IslamTimes - Avropa İttifaqı oktyabr ayında Ukraynaya 760 milyon avro ayıra bilər.


APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bəyan edib.
“600 milyon avro artıq ayrılıb. İqtisadiyyat və korrupsiya ilə mübarizə sahəsində islahatlar həyata keçirildiyi təqdirdə, daha 760 milyon avro oktyabr ayında ayrıla bilər”, - deyə Barrozu bildirib.
Avqustda Barrozu Avropa İttifaqının  Ukraynaya daha 1 milyard avro ayırmasının mümkünlüyündən danışmışdı. Bundan əlavə Avropa İttifaqı ilin sonunadək Ukraynaya 510 milyonluq kredit və 250 milyonluq qrant ayıracaq.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Ukraynaya səfər edib. Səfər çərçivəsində J. Barrozu Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüb.


Story Code: 409514

News Link :
https://www.islamtimes.org/az/news/409514/ai-ukraynaya-pul-vəd-etdi

Islam Times
  https://www.islamtimes.org