QR CodeQR Code

Yəməndə 7 nəfər toqquşmaların qurbanı olub

14 Sep 2014 07:12

IslamTimes - Yəməndə etirazçı xalq və hökumətyönümlü qruplar arasında baş vermiş toqquşmalar nəticəsində 7 nəfər ölüb, daha 14 nəfər isə yaralanıb.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, toqquşmalar Əl Cəuf və Məarib əyalətlərinin sərhədində baş verib.  Hökumətyönümlü qruplar ordunun dəstəyi ilə paytaxt Sanaya doğru irəliləyən üsyançı dəstələri dayandırmağa çalışırlar.
Bəzi məlumatlara görə, etirazçılar üzərindən neft borusunun keçdiyi Sana və Məaribi birləşdirən magistral yolu nəzarətə götürmək niyyətindədirlər. Məlumata görə, Yəmən Hərbi-Hava Qüvvələri etirazçıların mövqelərinə bir neçə zərbə endiriblər.  


Story Code: 409614

News Link :
https://www.islamtimes.org/az/news/409614/yəməndə-7-nəfər-toqquşmaların-qurbanı-olub

Islam Times
  https://www.islamtimes.org