QR CodeQR Code

Kerri İŞİD-ə qarşı Misirin dəstəyini aldı

14 Sep 2014 14:50

IslamTimes - ABŞ Dövlət katibi Con Kerri İŞİD-lə mübarizədə Misirin yardım etməsinin önəmli olduğunu bildirib.


Axar.az xəbər verir ki, Kerri Misirin terrorun sonlandırılmasında əhəmiyyətli rol oynayacağını deyib.
Misir prezidenti Əbdülfəttah Əs-Sisi və Ərəb Birliyinin Baş katibi Nəbil Əl-Ərəbi ilə görüş keçirən Kerri həmkarı Samih Şükri ilə ortaq mətbuat konfransı keçirib.
Kerri Misir rəhbərliyinin Sina yarımadasında terrorla mübarizədə ön sıralarda iştirak etdiyini qeyd edib:
"Misir İŞİD tərəfindən dəstəklənən fikirlərə qarşı çıxaraq terroru sonlandırmada əhəmiyyətli rol oynaya bilər".
Misir tərəfi isə ABŞ-ı İŞİD-ə qarşı mübarizədə dəstəklədiyini vurğulayıb. 


Story Code: 409668

News Link :
https://www.islamtimes.org/az/news/409668/kerri-işid-ə-qarşı-misirin-dəstəyini-aldı

Islam Times
  https://www.islamtimes.org