QR CodeQR Code

İŞİD Türkiyəyə mina atdı

15 Sep 2014 07:07

IslamTimes - Türkiyə Mardin vilayətinin Nusaybin rayonu ilə həmsərhəd olan Suriyanın Qamışlı şəhərinin Tılxamis kəndində İŞİD terrorçuları ilə YPG qüvvələri arasında atışmalar davam edir.


ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, İŞİD terrorçularının Qamşılını hədəfə götürərək minaatanlardan atdığı iki mərmi Nusaybin rayonuna düşüb.
Yerli vaxtla saat 21.00-də atılan mərmilərdən biri beynəlxalq “İpək Yolu”na, digəri isə sərhəd zonasındakı əraziyə düşüb.
Hadisə nəticəsində ölən və yaralanan olmasa da baş verənlər yerli sakinlər arasında təşvişə yol açıb.
Polis yerli sakinlərə sərdəhyanı zonalardan uzaq olmaları istiqamətində xəbərdarlıq edib.
Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.


Story Code: 409750

News Link :
https://www.islamtimes.org/az/news/409750/işid-türkiyəyə-mina-atdı

Islam Times
  https://www.islamtimes.org