QR CodeQR Code

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

17 Sep 2014 08:53

IslamTimes - Kanada XİN Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sanksiya siyahısına M.İ.Kalinin adına maşınqayırma zavodu, Dolqoprudnensk elmi-istehsalat müəssisəsi, Mıtişinsk maşınqayırma zavodu, V.V.Tixomirov adına elmi-istehsalat müəssisəsi və “Altair” radioelektronika elmi-təhqiqat institutu əlavə edilib.  
Həmçinin Rusiyanın “Sberbank” bankı da sanksiya siyahısına daxil edilib.  
Sanksiyalar bir neçə vəzifəli şəxsləri - müdafiə nazirinin müavinləri Dmitri Bulqakov və Yuri Sadovenko, Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanovski və Quru Qoşunların komandanı Nikolay Salyukov da əhatə edib.


Story Code: 410104

News Link :
https://www.islamtimes.org/az/news/410104/kanada-rusiyaya-qarşı-yeni-sanksiyalar-tətbiq-edib

Islam Times
  https://www.islamtimes.org