QR CodeQR Code

İŞİD-in neft satdığı ölkələrdən biri Türkiyədir

18 Sep 2014 22:44

IslamTimes - ABŞ dövlət katibi Con Kerri özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatının Türkiyəyə neft satdığı ilə bağlı iddiaları təsdiqləyib.


ANS PRESS-in məlumatına görə, Kerri bu barədə ABŞ Senatında keçirilən iclasda deyib.
Belə ki, senator Ed Markey Kerriyə "Qaçaq neft, İŞİD ordusunun həyat qaynağı halına gəlib. O səbəbdən də bir az Türkiyə haqqında danışın. Bunu dayandırmaq üçün hansı səylərimiz olacaq?" deyə sual ünvanlayıb.
ABŞ dövlət katibi isə bu suala cavabında İŞİD-in neft satdığı ölkələrdən biri Türkiyə olduğunu təsdiqləyib.
Kerri bu mövzunu mətbuata qapalı görüşmək istədiyini bildirib.


Story Code: 410387

News Link :
https://www.islamtimes.org/az/news/410387/işid-in-neft-satdığı-ölkələrdən-biri-türkiyədir

Islam Times
  https://www.islamtimes.org