QR CodeQR Code

Mövsüm Səmədovun cəza yeri dəyişdirilib

Mediaforum , 19 Sep 2014 20:16

İslamtimes - Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun cəza yeri dəyişdirilib.


Vəkil Anar Qasımlı sentyabrın 19-da deyib ki, dustaq Penitensiar Xidmətin 11 saylı müəssisəsindən 12 saylı müəssisəsinə köçürülüb: “Xəbəri bu gün almışam. Mənə verilən məlumata görə, dünən köçürülüb. Amma köçürülməsinin səbəbi haqqında heç nə deməyiblər”.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, şərlənərək hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Doktorun ailəsindən bildiriblər ki, iki gün əvvəl Mövsüm Səmədovun yanına gediblər, telefon əlaqələri də olub, amma köçürülmə ehtimalı haqda heç nə deməyib: “Köçürüləcəyi haqda ona xəbərdarlıq edilirdi. Hüquqlarını tələb etdiyinə, problemləri ictimailəşdirdiyinə görə hədələyirdilər. Mövsüm Səmədov hədələrə əhəmiyyət vermirdi”.

Mövsüm Səmədov 1965-ci il sentyabrın 4-də Quba şəhərində anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Rusiya Federasiyasında həkimlik edib. 1996-cı ildə dini təhsil ardınca İran İslam Respublikasının Qum şəhərinə gedib, bu şəhərdəki Ali İslam Universitetində ilahiyyat təhsili alıb. Siyasətə 1993-cü ildə qoşulub. Azərbaycan İslam Partiyasının Quba komitəsinin sədri olub. 2007-ci ildə partiya sədri seçilib./mediaforum/


Story Code: 410532

News Link :
https://www.islamtimes.org/az/news/410532/mövsüm-səmədovun-cəza-yeri-dəyişdirilib

Islam Times
  https://www.islamtimes.org