QR CodeQR Code

Qorbaçovdan III Dünya Müharibəsi açıqlaması

Axar.az , 19 Sep 2014 21:20

İslamtimes - Keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov Ukrayna hadisələrinin alovlanmasında ABŞ hərbçilərinin maraqlı olduğunu dilə gətirib.


O, bu barədə İsveçrə telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, həmin şəxslər münaqişədə olan tərəflərə silah satmaqla və tarixin arxivinə atılmış “Silahlanma yarışı”nı bərpa etməklə bu müharibədə “əllərini isindirmək” istəyirlər.

Hazırda qlobal arenada həyata keçirilən siyasəti ciddi tənqid edən Qorbaçov bildirib ki, Soyuq müharibə dönəmindən sonra dünya ölkəri yavaş-yavaş sülh şəraitində yaşamağın mümkünlüyünə alışmışdılar:

“Lakin silah dəllalları hər vəchlə bu sabitliyi pozmağa çalışırlar. Bizləri də III Dünya Müharibəsinin hər an başlayacağı ilə təhdid edirlər və insanları bu təhlükəyə vərdiş etdirirlər”.

Xatırladaq ki, Qorbaçovun müsahibədəki bəzi fikirləri Avropada ciddi rezonansa səbəb olub./axar/


Story Code: 410553

News Link :
https://www.islamtimes.org/az/news/410553/qorbaçovdan-iii-dünya-müharibəsi-açıqlaması

Islam Times
  https://www.islamtimes.org