QR CodeQR Code

ABŞ-da İranın nüvə proqramına dair mühüm görüş baş tutdu

20 Sep 2014 17:19

IslamTimes - AB nümayəndəsi İran XİN rəhbəri ilə görüşüb.


Bir neçə aydır davam edən fasilədən sonra İranla altılıq ölkələri arasında nüvə danışıqları bərpa edilir. Danışıqların növbəti raunduna zəmin yaradacaq. Görüş Amerika Birləşmiş Ştatlarında baş tutub. Tehranla Qərb arasında danışıqlara bu dəfə də Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik üzrə Ali komissarı Ketrin Eşton vasitəçilik edir.
Ketrin Eşton Tehranla ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri arasında görüşü müzakirə etmək üçün ABŞ-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. Görüş BMT-nin Baş Assambleyası çərçivəsində baş tutub. Danışıqlara gələn həftə ABŞ-ın dövlət katibi Con Kerri və onun həmkarları da qoşula bilər.
Danışıqların növbəti raundu İranın nüvə proqramı ilə bağlı razılaşmanın imzalanması üçün noyabrın 24-nə qoyulmuş son tarixə 2 ayın qaldığı bir vaxta təsadüf edir.


Story Code: 410689

News Link :
https://www.islamtimes.org/az/news/410689/abş-da-iranın-nüvə-proqramına-dair-mühüm-görüş-baş-tutdu

Islam Times
  https://www.islamtimes.org