QR CodeQR Code

İstanbulda görünməmiş əməliyyat: 15 min polisin iştirakı ilə

21 Sep 2014 09:17

IslamTimes - İstanbulun 39 mahalında 15 mindən çox polisin iştirakı ilə genişmiqyaslı əməliyyat keçirilir.


Axar.az xəbər verir ki, əməliyyata mahal təhlükəsizlik xidmətləri, Terror, Kəşfiyyat, Mütəşəkkil cinayətlər, Narkotik, Milli Təhlükəsizlik, Asayiş, Önləyici Xidmətlər və Çevik Qüvvələr qatılıb.
Verilən məlumatlara görə, hazırda davam edən əməliyyatlarda əsas hədəf terror, asayişin pozulması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir.
Öncədən təyin olunan ünvanlara eyni vaxtda basqınlar təşkil edən qruplar hər mahalda meydan və mərkəz nöqtələrdə şübhəli bilinən şəxslərin sorğusunu aparır.


Story Code: 410799

News Link :
https://www.islamtimes.org/az/news/410799/istanbulda-görünməmiş-əməliyyat-15-min-polisin-iştirakı-ilə

Islam Times
  https://www.islamtimes.org