QR CodeQR Code

“İslam Almaniyanın bir parçasıdır”- Angela Merkel

17 Oct 2014 19:44

IslamTimes - Almaniya kansleri Angela Merkel İslam dininin Almaniyanın bir parçası olduğunu deyib.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ölkədə yaşayan üç milyon müsəlman üçün daha çox tolerantlıq istəyib.
"Hər kəslə eyni şəkildə rəftar edə bilmərik. Buna diqqət etməliyik. Almaniyada islamçılar İslamı təmsil etmirlər. Burada yaşayan müsəlmanların böyük əksəriyyəti açıq şəkildə, şiddətdən uzaq dayanır. Amma kim ki, Almaniyanın hüquqlarını tanımır, onda hüquqi çərçivədə cavab alır.
Qeyd edək ki, Almaniyanın keçmiş prezidenti Kristian Vulf da 2010-cu ildə, İslamın Almaniyanın bir parçası olduğunu söyləmişdi. Bu şərhiylə Vulf müsəlmanların simpatiyasını qazanarkən, mühafizəkar almanların sərt reaksiyalarına məruz qalmışdı.


Story Code: 415113

News Link :
https://www.islamtimes.org/az/news/415113/islam-almaniyanın-bir-parçasıdır-angela-merkel

Islam Times
  https://www.islamtimes.org