QR CodeQR Code

İşğalçı İsrailin müdafiə nazirindən etiraf

18 Oct 2014 00:23

IslamTimes - İşğalçı İsrail Azad Suriya Ordusu (ASO) və digər mötədil müxalif qrupları dəstəkləyir.


Türkiyə mediası xəbər verir ki, bunu işğalçı İsrail müdafiə naziri sionist Moşe Yaalon açıqlayıb. Onun sözlərinə görə, İsrail bunu Suriya ilə sərhəddəki Holan təpələrini Əl-Qaidədən uzaq tutmaq üçün edib: “Hazırda Holan təpələri ASO-nun nəzarətindədir. Bu da sirr deyil ki, biz həmin ərazilərə humanitar yardım göstəririk”.
Qeyd edək ki, İsrail zəngin su mənbələrinə malik olan Suriyanın cənub-qərbində yerləşən Holan təpələrini 1967-ci ildə işğal edib.


Story Code: 415116

News Link :
https://www.islamtimes.org/az/news/415116/işğalçı-israilin-müdafiə-nazirindən-etiraf

Islam Times
  https://www.islamtimes.org