QR CodeQR Code

Rusiya hərbi gəmiləri Bakıdan Həştərxana yola salınıb

21 Oct 2014 06:27

IslamTimes - Rusiya Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya səfəri başa çatıb.


APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, gəmilər bu gün Bakıdan Rusiyaya yola salınıb.
Qeyd edək ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" hərbi gəmiləri Azərbaycana oktyabrın 16-da gəlib. Bakıdan öncə Rusiya gəmiləri Qazaxıstanın Aktau, İranın Ənzəli limanlarında olub. Səfər HDQ-lər arasında dostluğun inkişaf etdirilməsi məqsədi daşıyır.
Bu, Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının gəmilərinin son üç ildə Bakıya üçüncü səfəridir. Ötən il Azərbaycan HDQ-nin də 3 döyüş gəmisi Həştərxan limanında səfərdə olub.


Story Code: 415658

News Link :
https://www.islamtimes.org/az/news/415658/rusiya-hərbi-gəmiləri-bakıdan-həştərxana-yola-salınıb

Islam Times
  https://www.islamtimes.org