QR CodeQR Code

Putin: “Rusiya böyük dostunu itirdi”

21 Oct 2014 15:58

IslamTimes - Rusiya Prezidenti Vladimir Putin “Total” şirkətinin prezidenti Kristof de Marjerinin “Vnukovo” hava limanında təyyarə qəzasında ölməsi ilə bağlı açıqlama verib.


Axar.az xəbər verir ki, Putin Fransa Prezidenti Fransua Ollanda başsağlığı göndərib.
“Total” prezidenti Kristof de Marjeri və ekipaj üzvlərinin ölümü ilə nəticələnən qəza xəbərini eşidəndə çox pis oldum. Sizdən də Marjerinin ailəsi və dostlarına dərin başsağılığı diləklərimi çatdırmağı xahiş edirəm. Biz böyük bir dostumuzu itirdik. Onu xatirələrimizdə həmişə gözəl insan olaraq saxlayacağıq”, - Putin deyib.


Story Code: 415761

News Link :
https://www.islamtimes.org/az/news/415761/putin-rusiya-böyük-dostunu-itirdi

Islam Times
  https://www.islamtimes.org